Məhkəmə terror aktı ilə bağlı foto və video materialların dərc edilməsinə qadağa qoydu

16:07 | 22.07.2015
Məhkəmə terror aktı ilə bağlı foto və video materialların dərc edilməsinə qadağa qoydu

Məhkəmə terror aktı ilə bağlı foto və video materialların dərc edilməsinə qadağa qoydu

 Şanlıurfa vilayətinin Suruç şəhər məhkəməsi 32 insanın həyatına son qoyan terror hücumu yerindən çəkilmiş foto və video materialların dərc edilməsinə qadağa qoyub.

 Bu barədə "Report" NTV telekanalına istinadən xəbər verir.

Bazar ertəsi, Suriya ilə sərhəddə yerləşən Suruç şəhər mədəniyyət mərkəzinin qarşısındakı kafedə terror aktı baş verib. Qanlı hadisə nəticəsində 32 nəfər həlak olub, 100-dən artıq insan yaralanıb. Terror aktı Mədəniyyət Mərkəzinin qarşısında Suriyanın terrorçu "İŞID" qruplaşmasının hücumları nəticəsində dağıdılan və ziyan çəkən Kobani şəhərinə yardım göstərmək üçün oraya yola düşməyə hazırlaşan Türkiyə kürdlərinın toplaşdığı zaman həyata keçirilib. Bombanın terrorçu qadın-kamikadze tərəfindən işə salındığı bildirilir. Hökumət rəsmiləri terror aktına görə məsuliyyətin "İslam Dövləti" qruplaşmasının üzərinə düşdüyünü deyir.

Məhkəmənin qərarına görə, hadisə yerindən çəkilən bütün video və foto materiallar terror faciəsi haqqında verilən bütün yazılı və audio informasiyalardan çıxarılmalıdır.
Əvvəllər adı çəkilən materiallar yerləşdirilən sosial şəbəkələrin həmin səhifələri bağlanacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM