Məhkəmə ikinci dəfə Cənubi Koreya Prezidenti Yun Sok Yolun həbsinin 6 fevraladək uzadılması barədə prokurorluğun vəsatətini rədd edib.Bu barədə "Yonhap” agentliyi məlumat yayıb.
Mərkəzi dairə məhkəməsi prokurorluğun əlavə araşdırma aparması üçün həbsin uzadılmasına dair əsasları yenidən qeyri-kafi hesab edib.
Prokrorluq yanvarın 24-də də bu vəsatətlə müraciət etmişdi.
Yanvarın 23-də Antikorrupsiya Təhqiqatları İdarəsi dövlət başçısının istintaqla əməkdaşlıqdan imtina etməsi fonunda Yun Sok Yolun qiyam işini prokurorluğa təhvil verib.
Prezident Yun Sok Yol yanvarın 15-də həbs edilib. İdarədə ilk və yeganə dindirməyə gətirilib. Burada ifadə verməkdən imtina edib.
Məhkəmə Yun Sok Yolun yanvarın 19-da ilkin olaraq 10 günlük - yanvarın 28-dək həbsdə saxlanılması barədə qərar çıxarıb. Yun Sok Yolun müdafiəçiləri dəfələrlə həbsin etibarsız olduğunu bildiriblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !