Jurnalist Əfqan Muxtarlının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Axar.az xəbər verir ki, bu gün Balakən rayon Məhkəməsində Hümbət Səlimovun sədrliyi ilə baş tutan prosesdə sənədlərin tədqiqi mərhələsi olub.
Cinayət işinin materiallarındakı sənədlər, o cümlədən tutma, axtarış və s. haqda protokollar elan olunub.
Daha sonra jurnalistin ev dustaqlığına buraxılması haqda vəsatət verilib.
Məhkəmə vəsatəti təmin etməyib.
Növbəti proses yanvarın 12-də davam edəcək.
İttihama görə, Əfqan Muxtarlı bu il mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !