Məhkəmədən Fikrət Fərəməzoğlu ilə bağlı - Qərar

11:44 | 26.09.2018
Məhkəmədən Fikrət Fərəməzoğlu ilə bağlı - Qərar

Məhkəmədən Fikrət Fərəməzoğlu ilə bağlı - Qərar

Həbsdə olan Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun barəsində olan hökmdən kasasiya şikayətinə baxılıb.

Anews.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Fikrət Fərəməzoğlunun cəzası 6 ilə endirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fikrət Fərəməzoğlu 7 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apellyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Firkət Fərəməzoğlunun apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Xətai rayonundakı restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu Jam.az və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində 2017-ci ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM