Mehman Əliyevin şikayəti təmin olunmadı

17:38 | 30.08.2017
Mehman Əliyevin şikayəti təmin olunmadı

Mehman Əliyevin şikayəti təmin olunmadı

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Virtualaz.org saytının xəbərinə görə, apellyasiya şikayəti təmin olunmayıb, qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, M. Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb, ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM