Bloqçu Mehman Hüseynovun əməliyyat olunması üçün Penitensiar Xidmətə müraciət ediləcək.
Oxu.Az xəbər verir ki, Lent.az-a bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.
Vəkilin sözlərinə görə, Mehmanın həbsdən öncə sağlamlığı ilə bağlı mövcud olan bəzi problemlərin həlli həbsxana şəraitində daha da aktuallıq kəsb etməyə başlayıb:
"Onun venoz damarında hələ bundan əvvəllər də problem vardı. Venoz damardakı genişlənmə ağrılarla müşayiət olunur, həbsxana şəraitində daha artıq diqqət tələb edir. Biz məsləhətləşdik, hesab edirəm ki, bloggerin əməliyyat olunmasına ehtiyac var. Bununla əlaqədar olaraq lazımi hüquqi prosedurları başlayacağıq. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə onun əməliyyat edilməsinə şərait yaradılması üçün müraciət edəcəyik”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !