• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Mehriban Əliyeva 2014-cü ilin ən nüfuzlu qadını seçildi

Mehriban Əliyeva 2014-cü ilin ən nüfuzlu qadını seçildi
06.03.2014 15:51
Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin "Nefertiti Media Productions" şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 2014-cü ilin ən nüfuzlu qadını adına layiq görülüb. Trend xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyinin mətbuat xidmətindən bildirilib.Sorğu 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək Fransada və ərəb dünyasında tələbələr, jurnalistlər və internet şəbəkəsi istifadəçiləri arasında keçirilib. Sorğu siyahısına dövlət başçıları, iri müəssisə və xeyriyyə təşkilatlarının rəhbərlərinin adları daxil edilib.Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətləri nəzərə alınmaqla, həmçinin mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə görə sorğunun qalibi seçilib.Mehriban Əliyevanın xidmətləri sırasında eləcə də Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım göstərilməsi və digər çoxsaylı xeyriyyə aksiyaları qeyd edilməlidir.Ərəb Mədəni İrsi Mərkəzinin direktoru Rey Əlqətri Belhasusun adından Azərbaycanın Fransadakı səfirliyinə göndərilən məktubda sorğunun nəticələri barədə məlumat verilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:05
Sabahın hava proqnozu açıqlanıb
Bakıda ali təhsil üzrə yeni hədəflər müzakirə edilib
Cəmiyyət 12:55
Bakıda ali təhsil üzrə yeni hədəflər müzakirə edilib
Güzəştli gediş haqqı yalnız nağdsız ödəniş sistemi tam tətbiq edildikdən sonra mümkün olacaq
Cəmiyyət 12:24
Güzəştli gediş haqqı yalnız nağdsız ödəniş sistemi tam tətbiq edildikdən sonra mümkün olacaq
Azərbaycanda karantin rejimi gələn ilə kimi uzadılıb
Cəmiyyət 12:06
Azərbaycanda karantin rejimi gələn ilə kimi uzadılıb
Bakı və regionlarda ödənişli zona sisteminə keçid planlaşdırılır - AYNA
Cəmiyyət 11:56
Bakı və regionlarda ödənişli zona sisteminə keçid planlaşdırılır - AYNA
Valideynlərini itirmiş gənclərə 2600 manat birdəfəlik müavinət veriləcək
Cəmiyyət 11:09
Valideynlərini itirmiş gənclərə 2600 manat birdəfəlik müavinət veriləcək
8 ayda ƏƏSMN-in elektron xidmətlərinə 16,7 milyon müraciət edilib
Cəmiyyət 11:03
8 ayda ƏƏSMN-in elektron xidmətlərinə 16,7 milyon müraciət edilib
Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarını məhv edir
Cəmiyyət 10:39
Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarını məhv edir
FHN ötən həftə 148 yanğına müdaxilə edib, 57 nəfəri xilas edib
Cəmiyyət 10:33
FHN ötən həftə 148 yanğına müdaxilə edib, 57 nəfəri xilas edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol