• $ 1.7
  • € 1.978
  • ₽ 0.021091
  • ₺ 0.0416
  • £ 2.2908

Mehriban Əliyeva: Azərbaycana gələn turistlərin sayı ilbəil artır

Mehriban Əliyeva: Azərbaycana gələn turistlərin sayı ilbəil artır
29.05.2020 06:20
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori ilə görüşüb.

anews.az APA-ya istinadən xəbər verir ki, M. Əliyeva M. Horinin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının işlənilməsi üzrə yeni sazişin imzalanmasında iştirakını məmnunluqla qeyd edib.

Bu il Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd olunduğunu deyən M. Əliyeva iki ölkə arasında inkişaf edən münasibətlərin dostluğa, qarşılıqlı maraqlara əsaslandığını və bir çox sahələri əhatə etdiyini bildirib. Diqqətə çatdırıb ki, bu illər ərzində neft sahəsində əməkdaşlıq üzrə yaxşı təcrübə toplanıb və qeyri-neft sektorunda da əməkdaşlıq üçün böyük potensial var.

Yaponiyanın innovasiyalar və texnologiyaların inkişafı sahəsində dünya lideri olduğunu vurğulan M. Əliyeva deyib ki, bu və digər sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində münasibətləri inkişaf etdirmək üçün yaxşı imkanlar mövcuddur: "Müxtəlif xalqların bir-birini daha yaxından tanıması üçün Azərbaycan humanitar sahənin inkişafına önəm verir və bu baxımdan, təhsil sahəsində əməkdaşlığın qurulması xüsusi əhəmiyyət kəsb edir. Alimlərimizin, müəllimlərimizin birgə layihələri xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq”.

Münasibətlərin möhkəmləndirilməsi üçün daha bir vacib sahənin turizm sahəsi olduğunu deyən Birinci vitse-prezident hazırda bu sahənin ölkəmizdə prioritet olduğunu, Azərbaycana gələn turistlərin sayının ilbəil artdığını məmnunluqla vurğulayıb. Bildirib ki, sadələşdirilmiş viza rejimi bu sahənin inkişafına təkan verir. Yaponiya xalqının səyahət etməyi sevən xalq olduğunu qeyd edən M. Əliyeva ümidvar olduğunu bildirib ki, daha çox Yaponiya vətəndaşı səfər etmək üçün Azərbaycanı seçəcək. Birinci vitse-prezident ölkəmizdə Yaponiya ilə qurulan dostluq əlaqələrinin yüksək qiymətləndirildiyini və münasibətlərin gələcək inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.

M. Hori isə Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyinatı münasibətilə Mehriban Əliyevaya təbriklərini çatdırıb. İki ölkə arasında diplomatik əlaqələrin qurulduğu 25 il ərzində Yaponiya və Azərbaycanın uğurlu əməkdaşlıq etdiklərini vurğulayan qonaq ölkəsinin Azərbaycanla münasibətlərin genişləndirilməsində maraqlı olduğunu söyləyib.

M. Hori Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimində iştirakından məmnunluğunu bildirdi və mərasimin uğurlu keçdiyini qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
Siyasət 13:06
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
Azərbaycan Prezidenti müxtəlif ölkələrin vaxtilə Ermənistana pulsuz silah verməsinin məqsədini açıqlayıb
Siyasət 12:38
Azərbaycan Prezidenti müxtəlif ölkələrin vaxtilə Ermənistana pulsuz silah verməsinin məqsədini açıqlayıb
Azərbaycanın səfiri Dominikan Respublikasının Prezidentinə etimadnaməsini təqdim edib
Siyasət 08:39
Azərbaycanın səfiri Dominikan Respublikasının Prezidentinə etimadnaməsini təqdim edib
Şavkat Mirziyoyev İlham Əliyevə məktub ünvanlayıb
Siyasət 18:25
Şavkat Mirziyoyev İlham Əliyevə məktub ünvanlayıb
Bakıda Azərbaycan və İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçiriləcək
Siyasət 14:47
Bakıda Azərbaycan və İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçiriləcək
Britaniyanın dövlət naziri Azərbaycana səfər edəcək
Siyasət 13:39
Britaniyanın dövlət naziri Azərbaycana səfər edəcək
Fransa Azərbaycana yeni səfir təyin edib
Siyasət 23:31
Fransa Azərbaycana yeni səfir təyin edib
Hikmət Hacıyev türkiyəli səfirlə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Siyasət 20:25
Hikmət Hacıyev türkiyəli səfirlə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Binəli Yıldırım Prezident İlham Əliyevə məktub ünvanlayıb
Siyasət 20:00
Binəli Yıldırım Prezident İlham Əliyevə məktub ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol