Bakıda Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika yarışlarında komanda hesabında qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Modern.az xəbər verir ki, mükafatlandırma mərasimində Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak edib.
Bu yarışmada Azərbaycan yığması qalib gəlib. Özbəkistan ikinci, Türkiyə komandası isə üçüncü yeri tutub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !