Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev tədbirin keçirildiyi Milli Aviasiya Akademiyasının zalını təyyarəyə bənzətdi. "Bu təyyarə ADR-dir. Nömrəsi də 99”, - deyən Arif Paşayev 99 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, bu gün "bu təyyarə” Luiziananın caz ansamblını bu tədbirə gətirib.
ADA Universitetinin rektoru, professor Hafiz Paşayev 99 il əvvəl yaradılan ilk demokratik respublikanın bu gün bizim fəxrimiz olduğunu, fərəh hissi ilə bu tarixi dünyaya bəyan etdiyimizi vurğuladı. Hafiz Paşayev ölkəmizin ABŞ-da səfiri vəzifəsində çalışdığı vaxtlarda Cümhuriyyətin yaradıcılarından biri olan Fətəli xan Xoyskinin qardaşı oğlu Ziyadxan Xoyski ilə Vaşinqtonda görüşdüyünü və onun "Azərbaycan yenidən müstəqillik əldə edib. Xahiş edirəm bunu bir də əldən verməyin” sözlərini xatırlatdı. Sovet dövründə Cümhuriyyətlə bağlı məlumatın az olduğunu diqqətə çatdıran ADA Universitetinin rektoru bu gün bizim müstəqil respublikamızın qədrini bildiyimizi söylədi. Prezident İlham Əliyevin bununla bağlı çıxışını qeyd edən Hafiz Paşayev dövlətimizin başçısının "Müstəqilliyimiz əbədidir və bunu bir daha itirməyəcəyik” sözlərini xüsusi vurğuladı.
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva ABŞ-ın Luiziana caz ansamblının musiqiçiləri ilə görüşüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !