Mehriban Əliyeva Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb

16:37 | 25.12.2019
Mehriban Əliyeva Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb

Mehriban Əliyeva Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb.

Bu barədə Oxu.Az-a açıqlamasında Xalq artisti Brilliant Dadaşova məlumat verib.

Briliant Dadaşova Birinci vitse-prezident Mehriban Əliyevaya özü və ailəsi adından təşəkkürünü bildirib:

"Rafael müəllim xəstəxanaya yerləşdiriləndə mən Moskvada idim. Sonra da tədbirlər və çəkilişlər olduğu üçün proseslərə tam müdaxilə edə bilmədim.
Xəstəxana Rafael müəllimi tam müalicə etmədən evə buraxıb. Evdə onun çox pis ağrıları və tutmaları olub. Mən də Mehriban xanıma və Leyla xanıma müraciət etdim. Ondan sonra Rafael müəllim nəzarətə götürüldü. Hətta Rafael müəllim son vaxtlar özünü belə gümrah hiss etmədiyini deyir. Bu böyük göstəricidir.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Çox mərhəmətli insanlardır. Leyla xanım da çox sağ olsun. Dövlətimiz sənətə və sənətçilərə böyük qiymət verir. Rafael müəllim kimi çox az sayda sənətkarlarımız qalıb”.

Xalq artisti Rafael Dadaşovun vəziyyətinin gözlənildiyindən də yaxşı olduğunu qeyd edib:

"Rafael müəllimə görə hər kəs narahatdır. Vəziyyəti ilə maraqlananlar çoxdur. Həkimlərə və xəstəxanaya minnətdaram. Onu xeyli dəyişiblər. Hətta üç-beş gündə onu beş kilo arıqladıblar. Bu asan iş deyil. Çünki Rafael müəllim çox iştahlıdır.

Bundan öncəki müalicəsi effektsiz olub. Təsəvvür edin ki, ciyərində beş litr su olan insanı xəstəxana pula görə evə buraxıb. Onu ölümlə üz-üzə qoyub. Bu səbəbdən şəxsən Mehriban xanıma müraciət etdim”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM