Mehriban Əliyeva şəhid ailəsini SEVİNDİRDİ

12:29 | 13.11.2019
Mehriban Əliyeva şəhid ailəsini SEVİNDİRDİ

Mehriban Əliyeva şəhid ailəsini SEVİNDİRDİ

Bir neçə gün əvvəl sosial şəbəkələrdə şəhid Şaban Cəfərovun ailəsinin evinə həbs qoyulması ilə bağlı məlumatlar yayılıb.
Məsələ cəmiyyət arasında ciddi narahatlığa səbəb olub və geniş müzakirə edilib. 

Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailəsinin müraciətinə baxılması və evin dərhal şəhid ailəsinə geri qaytarılması ilə bağlı tapşırıq verib.

Bundan sonra problem öz həllini tapıb. 
Qeyd edək ki, bu mövzunu yazar Səbinə Yusif özünün sosial şəbəkədəki hesabından paylaşıb.

Səbinə Yusif məsələnin şəhid Şaban Cəfərovun ailəsinin xeyrinə həll olunması istiqamətində verdiyi tapşırığa görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb