Mehriban Əliyeva təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib

12:19 | 25.12.2024
Mehriban Əliyeva təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib

Mehriban Əliyeva təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib. Mehriban Əliyeva bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:


"Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!", - məlumatda qeyd olunub. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti