Məhsəti Fransada yad ediləcək

21:25 | 28.11.2013
Məhsəti Fransada yad ediləcək

Məhsəti Fransada yad ediləcək

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan mədəniyyətinin Avropa ölkələrində təbliği uğurla davam edir. 

Lent.az-ın məlumatına görə, YUNESKO-nun qərarı ilə Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi çərçivəsində noyabrın son günləri Fransanın qədim Reyms şəhərində tədbirlər keçirilməsi nəzərdə tutulur.

Noyabrın 28-də Reymsdə açılacaq sərginin konsepti tamaşaçılara ilk azərbaycanlı şairə qadının fəlsəfi mahiyyəti ilə diqqəti cəlb edən poeziyası, o dövrün tarixi mühiti, məişəti, geyim nümunələri haqqında təsəvvür yaratmağa xidmət edir. 

Şəhər merinin, bir çox senatorların iştirakı ilə açılacaq və iki həftəyədək davam edəcək sərgidə Məhsəti Gəncəvinin yaradıcılığına həsr olunmuş batik və xalçalar, miniatürlər, XIX əsrin sonu, XX əsrin əvvəlində Gəncə şəhərində çəkilmiş foto-şəkillər, şairənin ingilis və fransız dillərində nəşr olunmuş kitabları, musiqi diskləri nümayiş olunacaq.

Noyabrın 29-da Reymsin mərkəzi meydanında təşkil ediləcək Beynəlxalq yarmarkada ölkəmiz də təmsil olunacaqdır. Azərbaycan pavilyonunda Reymslə qardaşlaşmış Gəncədən gətirilmiş xalçalar, şərablar, meyvələr təqdim ediləcəkdir. 

Noyabrın 30-da isə Avropanın ən tanınmış Reyms Konservatoriyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş gecə keçiriləcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb