• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Məhsullarımız Avropaya maneəsiz çıxacaq

Məhsullarımız Avropaya maneəsiz çıxacaq
10.06.2014 11:06

2014-cü ilin sentyabrından Azərbaycan məhsulları CE keyfiyyət nişanı ilə markalanacaq.

Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib.Onun sözlərinə görə, göstərilən prosedur təftiş etmə sahəsində məşhur kommersiya liderlərindən biri olan Almaniyanın TUV şirkətinin fəaliyyətinin istiqamətlərindən biridir: "Azərbaycan məhsullarının Avropa direktivlərinə və standartlarına uyğun markalanması Azərbaycan mallarının CE nişanı ilə Avropa ölkələrinin bazarlarına əlavə tələblər olmadan maneəsiz çıxarılmasına imkan verir".İnstitut direktoru qeyd edib ki, TUV yerli məhsulları CE keyfiyyət nişanı ilə markalayacaq Azərbaycanın müxtəlif şirkətləri və dövlət strukturları, o cümlədən Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə əməkdaşlıq edəcək: "Azərbaycanda TUV şirkətinin fəaliyyətinin digər istiqamətləri tikinti sahəsində nəzarət (üçüncü, müstəqil tərəf qismində), tənzimləyici təftiş və sertifikatlaşdırma olacaq".CE nişanı məhsulun Avropa İttifaqının direktivlərinin əsas tələblərinə və Aİ-nin harmoniziya edilmiş standartlarına uyğun olması, həmçinin məhsulun təlimatlara uyğun qiymətləndirmə prosedurunu keçdiyini göstərən xüsusi nişandır. CE onu göstərir ki, məhsul istehlakçıların sağlamlığı, həmçinin ətraf mühit üçün zərərli deyil. "CE Mark" Avropa standartlarına və direktivlərinə uyğunluğun yeganə nişanıdır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
İqtisadiyyat 12:37
Mayın sonuna kimi ABB-in Şuşada yeni filalı açılacaq
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və
yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
İqtisadiyyat 12:24
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi

Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
İqtisadiyyat 12:17
Yelo kartdakı vəsaiti illik 7%-dək gəlir ilə artır!
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 11:53
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol