Bu günlərdə İŞİD Mosuldakı Tarix Muzeyini tamamilə məhv edib, qiymətli eksponatları darmadağın olmasına səbəb olub. Bu da bir vəhşilik, bu da bir vandalizm. Amma tarix boyu bundan da daha qiymətli dəlillər məhv edilib.
ANN.Az məhv olmuş kitabxanalardan ən məşhurları haqqında qısa məlumatı oxucuların diqqətinə təqdim edir:
Bizim eradan əvvəl 48-ci il - İsgəndəriyyə Kitabxanası
Dünyanın ən böyük kitabxanalarından biri hesab olunan İsgəndəriyyə Kitabxanasının məhv edilməsi addım-addım həyata keçirilib. Kitabxana fərqli təhdidlərlə qarşı-qarşıya qalıb. Kitabxananın ilk dəfə b.e.ə. 48-ci ildə dövlətdaxili mübarizə nəticəsində yandırıldığı deyilir. Amma tarixi faktlar göstərir ki, bundan sonra həmin kitabxana yenə də istifadə olunmaqda davam edib. Kitabxana ən böyük zərbəni bizim eranın 4-cü yüzilliyində alıb. Həmin illərdə kitabxana xristianların, 6-cı əsrdə isə Misirin işğalı zamanı müsəlmanların hücumuna məruz qalıb və tamamilə məhv edilib.
1193-cü il - Nalan Buddist Məktəbi
Hindistanın şimal-şərqində 5-ci əsrdə qurulan Nalanda yaradılan Buddist məktəbi həm öz kitabxanası, həm də hər kəsə qapıları açıq olan mədəniyyət mərkəzi funksiyasını yerinə yetirib. 1193-cü ildə türk əsilli Bəxtiyar Halacinin rəhbərlik etdiyi dəstə bura hücum edib və mərkəz tamamilə məhv edilib. Elm adamları diri-diri yandırılıb, kitablara, qiymətli əlyazmalara od vurulub. Tarixi mənbələrdə qeyd olunur ki, mərkəz üzərindən aylarla duman çəkilməyib.
Hesab olunur ki, bu hücumdan sonra Hindistan kimya, anatomi, matematik, astronomiya kimi elm sahələri bütün qaynaqlarını itirərək qaranlıq çağına qədəm qoyub və hardasa Hindistan Buddist mədəniyyəti tamamilə məhv edilib.
1204-cü il - Konstantinapol İmperatorluq Kitabxanası
Hazırladı Nuray
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !