Zəvvarlar sayca üçüncü xoş olmayan hadisə ilə qarşılaşırlar.
Səudiyyə Ərəbistanının Məkkə şəhərində davam edən Həcc ziyarəti zamanı daha bir faciə baş verib.
ANS TV-nin hazırda Məkkədə olan əməkdaşının məlumatına görə, şəhərdə otellərdən birinin yaxınlığında yerləşən qaya parçası uçub və otelin divarını aşırdıb.
Hadisə nəticəsində 2 zəvvar dünyasını dəyişib.
Ölənlər arasında azərbaycanlı zəvvar yoxdur.
Qeyd edək ki, bu, son günlər Məkkədə baş verən üçüncü belə faciədir.
Bundan əvvəl qaldırıcı kranın aşması nəticəsində 107 zəvvar dünyasını dəyişmiş, daha 180 nəfər yaralanmışdı.
Daha sonra isə zəvvarların qaldığı mehmanxanada baş verən yanğın nəticəsində daha 3 nəfər dünyasını dəyişib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !