Meksika Misirdən araşdırma tələb edir

19:37 | 15.09.2015
Meksika Misirdən araşdırma tələb edir

Meksika Misirdən araşdırma tələb edir


Meksika Misiri çağırır ki, azı 2 meksikalının hava zərbəsində öldürülməsini, altı vətəndaşının isə yaralanmasını dərhal araşdırsın.

Prezident Enrique Pena Nieto deyib ki, 14 meksikalı bazar günü Misirin Qərb Səhrasında baş verən insidentdə hədəfə alınıb.

Misir hakimiyyəti yaraqlıları izləyən təhlükəsizlik qüvvələrinin səhvən 12 nəfəri öldürdüyünü, 10 nəfəri isə yaraladığını bildirib.

Pena Nieto deyib ki, bu hadisə bütün ölkəni sarsıdıb, illərdir belə bir şey baş verməyib.

Misir baş nazir Ibrahim Mahlab-ın başçılığı ilə təhqiqat komitəsi yaradacağına söz verib. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM