Meksika prezidenti Şimali Koreyanın səfirinə 72 saat vaxt verdi

10:30 | 08.09.2017
Meksika prezidenti Şimali Koreyanın səfirinə 72 saat vaxt verdi

Meksika prezidenti Şimali Koreyanın səfirinə 72 saat vaxt verdi

Meksika prezidenti Enrike Penya Nyeto Şimali Koreyanın ölkədəki səfiri Kim Xyenq Qilanın "persona-non qrata” elan edib və ona Meksika ərazisini tərk etmək üçün 72 saat vaxt verib.

anews.az-ın xəbərinə görə, bu barədə məlumat sentyabrın 7-də Meksika XİN-nin rəsmi saytında yerləşdirilib.

Qərar Şimali Koreyanın nüvə proqramına etiraz olaraq qəbul edilib.

"KXDR-in nüvə proqramı beynəlxalq normaları açıq şəkildə pozur və bütün dünya üçün ciddi təhlükə yaradır”, - qurumun məlumatında deyilir.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM