Meksika sahillərində növbəti zəlzələ

16:40 | 11.09.2017
Meksika sahillərində növbəti zəlzələ

Meksika sahillərində növbəti zəlzələ

Ölkədə üç günlük matəm elan edilib

Meksika sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. İstiPress xarici KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın geoloji xidməti məlumat yayıb.

Zəlzələnin episentri Paredon yaşayış məntəqəsindən 80 kilometr cənub-qərbdə, ocağı 53 kilometr dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Xatırladaq ki, sentyabrın 8-də Meksikada baş verən 8,2 bal gücündə zəlzələ nəticəsində 65 nəfər həlak olub.

Prezident Enrike Penya Nyeto ölkədə üç günlük matəm elan edib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM