Meksikada 4,1 bal gücündə zəlzələ olub

10:40 | 14.10.2017
Meksikada 4,1 bal gücündə zəlzələ olub

Meksikada 4,1 bal gücündə zəlzələ olub

Meksika sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Paredon şəhərindən 124 kilometr cənub-qərbdə, ocağı isə 25 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, sentyabr ayında Meksikada 2 güclü zəlzələ baş verib. Son rəsmi məlumatlara əsasən, sentyabrın 19-u baş verən zəlzələ nəticəsində 369 nəfər, sentyabrın 7-si baş verən zəlzələ nəticəsində isə 70 nəfərə yaxın insan həlak olub

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM