Meksikada bu şəxslər həbs ediləcək

23:59 | 23.07.2021
Meksikada bu şəxslər həbs ediləcək

Meksikada bu şəxslər həbs ediləcək

Meksikada saxta Covid-19 peyvənd sertifikatı verən və ya tələb edənlərin 3 ildən 6 ilə qədər həbs cəzası alacağı bildirilib. 

Bu barədə Meksika Müdafiə  nazirliyi  məlumat yayıb.
 
Belə  ki,  paytaxt Mexiko başda olmaqla, bir çox şəhərlərə xalqa saxta peyvənd sertifikatlarının təqdim edildiyi barədə xəbərdarlıq edilib. 

Nazirlikdən edilən açıqlamada saxta Covid-19 peyvənd sertifikatı verən və ya tələb edənlərin, saxta rəsmi sənədlər verdiklərinə görə 3 ildən 6 ilə qədər həbs cəzası alacaqları və minimum əmək haqqı 100 ilə 1000 arasında cərimə ediləcəyi bildirilib. 

Peyvəndlərin pulsuz olduğunu vurğulayan nazirlik, insanların Səhiyyə nazirliyinin veb saytındakı məlumat bazası vasitəsi ilə peyvəndlənməni təsdiqləyə biləcəyini də  qeyd edib.  



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb