anews.az-ın verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Məlumata əsasən, ölənlərin sayı 90 nəfərə çatıb, onlardan 71 nəfəri Oahaka, 15-i Çyapasa və dördü isə Tabasko ştatındandır”, - deyə nazirliyin bəyanatında bildirilir.
Qeyd edək ki, 8,2 bal gücündə zəlzələ sentyabrın 8-də, saat 04.49-da baş verib. Zəlzələnin episentri Tres-Pikos yaşayış məntəqəsindən 119 km cənub-qərbdə, yerin səthindən 33 km dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !