Azərbaycanda məktəbdə acınacaqlı vəziyyət: "Dərsdə oturanda donuruq" - VİDEO

12:17 | 10.12.2018
Azərbaycanda məktəbdə acınacaqlı vəziyyət:

Azərbaycanda məktəbdə acınacaqlı vəziyyət: "Dərsdə oturanda donuruq" - VİDEO

Sosial şəbəkədə Cəlilabad rayonunda yerləşən  məktəbin şagirdlərinin dərs keçməsi üçün yararsız  olduğu barədə video yayılıb.
 
Anews.az xəbər verir ki, videoda  məktəbin Cəlilabad rayonu Kövüzbulaq (Soyuqbulaq) kəndində yerləşdiyi bildirilir. Çəkilişdən də göründüyü kimi məktəbin binası dağınıq vəziyyətdədir. Otaqları toz bürüyüb, divarlar çat verib. Çəkiliş zamanı uşaqlar da bu vəziyyətdən çox əziyyət çəkdiklərini, dərsdə oturduqları müddətdə üşüdüklərini deyirlər.
 
Düşünürük ki,  Təhsil Nazirliyi məsələ ilə maraqlanacaq və müəyyən tədbirlər görəcəkdir.

 
Anews.az həmin görüntüləri təqdim edir:


M.Q



www.anews.az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM