Məktəbdə hicab qadağası ləğv edildi

11:27 | 14.11.2014
Məktəbdə hicab qadağası ləğv edildi

Məktəbdə hicab qadağası ləğv edildi

İsveçrənin Sankt Qallen şəhərində olan St.Margrethen məktəbindəki hicab qadağası aradan qaldırılıb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, St. Qallen Məhkəməsi bosniyalı bir ailənin şikayətini qəbul edərək St. Margrethen məktəbinin şagirdi olan qızların dərslərə hicabla girməsinə icazə verən qərar qəbul edib.Məktəbdəki hicab qadağası mövzusundakı mübarizə bir ildən çoxdur ki, davam edirdi.  Məhkəmə bu qadağanın lazımsız olduğu qənaətinə gəlib. Həmçinin hicabın qadının alçaldılmasına dair bir işarə olmadığı da açıqlanıb.Qərar hələ qüvvəyə minməyib. Qərarın tətbiq olunması 3-4 həftə ərzində baş tutacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti