Məktəbəqədər müəssisələr 10 il vergidən azad olunur

14:10 | 27.12.2013
Məktəbəqədər müəssisələr 10 il vergidən azad olunur

Məktəbəqədər müəssisələr 10 il vergidən azad olunur

Körpələr evləri, uşaq baxçaları və uşaq evləri 10 il mənfəət və sadələşdirilmiş vergini ödəməkdən azad olunacaqlar.Körpələr evlərinə, körpələr evi-uşaq baxçalarına, uşaq baxçalarına, xüsusi uşaq baxçalarına və uşaq evlərinə müddətli vergi güzəştləri nəzərdə tutulur.Gün.Az xəbər verir ki, bununla bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən parlamentə qanun layihəsi daxil olub və həmin sənəd parlamentin payız sessiyasının dekabrın 27-də keçirilən son iclasının gündəliyinə salınıb.Cəmi 2 maddədən ibarət olan qanun layihəsində qeyd olunur ki, körpələr evləri, körpələr evi-uşaq baxçaları, uşaq baxçaları, xüsusi uşaq baxçaları və uşaq evləri gələn il yanvarın 1-dən başlayaraq 10 il Vergi Məcəlləsi ilə müəyyən edilmiş xüsusi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad olunurlar.Həmçinin qanunun birinci maddəsi ilə vergiləri ödəməkdən azad edilmiş hüquqi şəxslər digər fəaliyyətlə məşğul olduqda, Vergi Məcəlləsinin tələblərinə uyğun vergiyə cəlb olunacaqlar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM