Məktəblərin açılması COVİD-19-a yoluxma sayını artıra bilərmi? - AÇIQLAMA

21:40 | 27.01.2021
Məktəblərin açılması COVİD-19-a yoluxma sayını artıra bilərmi?  - AÇIQLAMA

Məktəblərin açılması COVİD-19-a yoluxma sayını artıra bilərmi? - AÇIQLAMA

Nazirlər Kabineti Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə qərar verib. Belə ki, fevral ayının 1-dən Azərbaycanda dərslərin fəaliyyəti yenidən bərpa olunur. 

Görəsən məktəblərin açılması koronavirusa yoluxanların statistikasına necə təsir edə bilər? 

Təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəblərin açılması yenidən yoluxma statistikasını artıra bilər. 

" Bizdə qabaqlayıcı tədbirləri yarımçıq görürlər. Düşünürəm ki, metronun açılması mütləqdir. Metronun açılması ibtidai sinifə uşaq aparan valideynlərin işini yüngülləşdirəcək. Əks halda avtobuslarda sıxlıq daha da artacaq. Nəzərə alaq ki, hər kəsin maşını yoxdur. Məktəblərin məktəbli avtobusu ilə təmin edilməsini  təklif edirəm     ". 


Kamran Əsədov son olaraq onu da bildirib ki, uşaqların maska taxması mütləqdir. Çünki onlar aktiv daşıyıcılardır. Məktəblərdə 16.500-dən çox müəllimin risk qrupuna daxildir və  bu durumda onların yoluxma riski daha çoxdur. Əgər qaydalara düzgün şəkildə əməl olunsa biz məktəblərin yenidən qapanması ilə bir də rastlaşmayacayıq, – deyə o, bildirib. 


Həkim Adil Qeybulla isə fevralın 1-dən məktəblərin açılmasına münasibət olaraq dedi ki, Bakı, Abşeron ərazisində əksər ailələr COVİD-19 virusuna yoluxub. İmunitetin formalaşmasına gətirib çıxaracaq vaksinasiya prosesinin başladığını nəzərə alsaq  məktəblərin açılması elə də təhlükəli hal olmayacaq.
 
Adil Qeybulla onu da qeyd etdi ki, əgər karantin qaydalarına düzgün şəkildə əməl olunarsa yoluxmnın artmasına heç bir təhlükə yaranmayacaq. 
 

Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova isə bildirib ki, fevralın 1-dən dərslər bərpa olunandan sonra yoluxma çoxalıb kritik həddə çatarsa, V-IX siniflərdə dərslərin açılması yubanacaq, amma vəziyyət stabil olarsa onlar üçün də dərslər açılacaq. 
 
Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb