Məktəblərdə dini dərslər keçiriləcək?

15:44 | 19.04.2014
Məktəblərdə dini dərslər keçiriləcək?

Məktəblərdə dini dərslər keçiriləcək?

Nazir müavini: “Məktəblərdə ayrıca din dərslərinin tədrisi Dövlət Strategiyasına daxil ediləcək səviyyədə məsələ deyil” 

“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası daha fundamental və mühüm sənəddir. Məktəblərdə din dərslərinin ayrıca fənn kimi keçirilməsi Dövlət Strategiyasına daxil ediləcək səviyyəsində olan məsələ deyil”.

APA-nın məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Nazir müavini bildirib ki, Strategiya təhsilin inkişafı üzrə hədəfləri müəyyənləşdirir: “Strategiyanın tətbiqi ilə bağlı növbəti sənədlər qəbul olunacaq. Onlardan biri Strategiyaya əsaslanan Fəaliyyət Planıdır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra təhsilin hər bir sahəsi üzrə dövlət proqramları qəbul olunacaq”.

Nazir müavini onu da əlavə edib ki, hazırda məktəblərdə ayrıca din fənni tədris olunmur: “Ancaq bizim tədris planımızda ümumtəhsil məktəblərində “Həyat bilgisi” adlı fənn var. Bu fənn vasitəsilə həyatın müxtəlif sahələri ilə bağlı biliklər uşaqların yaş həddinə uyğun olaraq verilir. Orada da ümumilikdə müxtəlif dinlər barədə məlumatlar verilir”. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM