Azərbaycanda 2022-2023-ci tədris ilinin bu gün, sentyabrın 15-i ilk dərs günüdür.
2022-2023-cü tədris ilində şagirdlərin ümumi sayı 1 616 214 nəfərdir. 158 297 şagird I sinifdə, 147 029 şagird IX sinifdə, 100 455 şagird isə XI sinifdə təhsil alacaq.
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan- Ermənistan sərhədində baş verən gərginlikdə rəsmi məlumata görə Azərbaycanın 50 hərbçisi şəhid olub. Bu səbəbdən Elm və Təhsil Nazirliyi Azərbaycanın bütün ümumi təhsil müəssisələrində Bilik Günü ilə bağlı nəzərdə tutulan təntənəli tədbirləri ləğv edib.
Nazirlikdən həmçinin bildirilib ki, ümumi təhsil müəssisələrində ilk dərs "Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.
Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.
Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.
İlk dərs günündən fotoları təqdim edirik:
Ləman Qasımova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !