Təhsil Nazirliyi ümumtəhsil məktəblərində iş və tətil günlərinin tarixini açıqlayıb.
APA-nın “Azərbaycan müəllimi” qəzetinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin 11.12.2013-cü il tarixli qərarına uyğun olaraq, ümumtəhsil məktəblərinin iş və tətil günləri müəyyənləşdirilib. Belə ki, beş günlük iş həftəsi ilə işləyən məktəblərdə qış tətili 29 dekabr - 06 yanvar tarixlərində olacaq. I yarımilin son dərs günü dekabrın 28-nə, II yarımilin ilk dərs günü isə yanvarın 7-nə təsadüf edəcək. Altı günlük iş həftəsi ilə işləyən məktəblərdə isə qış tətili 30 dekabr - 06 yanvar tarixlərində olacaq. Onlarda I yarımilin son dərs günü dekabrın 29-na, II yarımilin ilk dərs günü isə yanvarın 7-nə təsadüf edəcək.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !