Qırğızıstanın Oş şəhərinin məktəblərində Müqəddəs Valentin gününün qeyd edilməsi qadağan edilib.
ANN.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, məktəblərdə sevgililər gününün keçirilməsinə şəhərin təhsil şöbəsi qadağa qoyub. Məktəb direktorlarına tapşırlıb ki, "Valentin" qutularının gəzdirilməsinə icazə verməsinlər.
Təhsil idarəsinin rəsmisi mətbuata açıqlamasında bildirib ki, bu bayram uşaqların əxlqına mənfi təsir göstərir: "Qırğızların tarixində belə bir bayram olmayıb".
Rəsmilər Sevgililər gününün əvəzinə, "Ailə günü"nün qeyd edilməsini təklif ediblər, bu qərar şəhərin Gənclər Birlikləri tərəfindən də dəstəklənib. Həmin bayramı qırğızlar 15 fevralda keçirmək qərarına gəliblər.
Qeyd edək ki, Müqəddəs Valentin günü 14 fevralda qeyd edilir, bu gün sevgililəri himayə edən və qoruyan xristian fədailərindən birinin adıyla bağlıdır. Bayramın taerixi qədim Roma dövrünə qədər gedib çıxır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !