Məktəblərdə şagirdlərdən pul yığılır - İDDİA

17:46 | 25.09.2018
Məktəblərdə şagirdlərdən pul yığılır - İDDİA

Məktəblərdə şagirdlərdən pul yığılır - İDDİA

Təhsil ilinin başlanması özü ilə problemlər də gətirib. Bəzi valideynlər şikayət edirlər ki, məktəblərdə summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə şagirdlərdən pul yığılır.

Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı bir məqsədlə şagirdlərdən pul yığılmamalıdır.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, orta məktəblərdə hər hansı bir məqsəd üçün pul yığılması qanunvericilik aktlarına ziddir və bu, yolverilməzdir:

"Təəssüf ki, buna baxmayaraq, hələ də bir çox məktəblərdə təhsil alan şagirdlərdən dövlət büdcəsinin vəsaiti hesabına təmin olunmuş məsələlərə görə şagirdlərdən pul yığılır”.

Ekspert qeyd edib ki, hər il dövlət büdcəsinin vəsaiti hesabına yüzlərlə məktəb binası tikilib istifadəyə verilir, təmir olunur:

"Təhsil ocaqları lazımi səviyyədə bütün avadanlıqlarla təmin olunur. Heç bir əlavə ləvazimatlara ehtiyac olmadığı halda məktəblərdə bu edilir. Bundan başqa, KSQ (kiçik summativ qiymətləndirmə) və BSQ (böyük summativ qiymətləndirmə) sınaq imtahanları üçün şagirdlərdən pul yığılır ki, bu da yolverilməzdir. Çünki dövlət tərəfindən bütün məktəblər lazımi sayda printer və kağızla təmin olunur.

Amma apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bir çox məktəblərdə məktəb direktorları məktəbə verilən ləvazimatları mənimsəyib. Onlar da bu problemi həll etmək üçün müəllimləri məcbur edir ki, şagirdlərdən bu məsələləri həll etmək üçün pul yığsınlar. 

Yeni tədris ili qısa müddət əvvəl başlamasına baxmayaraq, bir çoxları köhnə peşələrindən, vərdişlərindən əl çəkmirlər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM