Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) dünya liderlərinin diqqətini çəkmək üçün yeni layihəyə imza atıb.
Anews.az Publika.az-a istinadan xəbər verir ki, hər biri ötən il müharibələrdə və hərbi qarşıdurmalarda ölən uşaqları təmsil edən 3758 məktəbli çantası ilə BMT-nin Mərkəzində "təmsilli məzarlıq” yaradılıb.
UNICEF-in direktoru Henrietta Fore verdiyi açıqlamada hər zaman ümidin simvolu olan məktəbli çantasının bu dəfə məzar daşı olduğunu və bu formada savaşlarda ölən uşaqlara diqqət çəkmək istədiklərini ifadə edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !