Məktəbli çantalarından məzar daşı düzəltdilər - ŞOK FOTO

13:21 | 10.09.2019
Məktəbli çantalarından məzar daşı düzəltdilər - ŞOK FOTO

Məktəbli çantalarından məzar daşı düzəltdilər - ŞOK FOTO

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) dünya liderlərinin diqqətini çəkmək üçün yeni layihəyə imza atıb.

Anews.az Publika.az-a istinadan xəbər verir ki, hər biri ötən il müharibələrdə və hərbi qarşıdurmalarda ölən uşaqları təmsil edən 3758 məktəbli çantası ilə BMT-nin Mərkəzində "təmsilli məzarlıq” yaradılıb.

Bununla sentyabrın son həftəsində BMT Baş Assambleyası iclasları çərçivəsində toplaşacaq dünya liderlərinə uşaqların qorunması çağırışı edilib.
UNICEF-in direktoru Henrietta Fore verdiyi açıqlamada hər zaman ümidin simvolu olan məktəbli çantasının bu dəfə məzar daşı olduğunu və bu formada savaşlarda ölən uşaqlara diqqət çəkmək istədiklərini ifadə edib.

BMT-nin hesabatına görə, ötən il müharibədə 12 mindən çox uşaq ölüb, yaralanıb və ya şikəst qalıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM