Məktəblilər Ginnesin Rekordlar Kitabına düşüb

10:29 | 05.01.2014
Məktəblilər Ginnesin Rekordlar Kitabına düşüb

Məktəblilər Ginnesin Rekordlar Kitabına düşüb

Hindistanın 8-13 yaşadək 3500-dən çox məktəblisi kulinariya müsabiqəsində iştirak etmək üçün günəş sobalarında yemək bişiriblər.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müsabiqə Ginnesin Rekordlar Kitabının rəsmilərinin iştirakı ilə Maxaraştra ştatının Mumbai şəhərinin yaxınlığında keçirilib. Şagirdlər eyni vaxtda çox saylı məktəblinin iştirakına görə Ginnesin Rekordlar Kitabına düşüblər. 

“Fripress” internet portalının sahibi və kulinariya müsabiqəsi ideyasının müəllifi Asmita Xec bildirib ki, müsabiqəni keçirməkdə məqsəd insanların günəş enerjisinin perspektivlərinə olan marağını artırmaq olub.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM