Məktəblilər peşə mərkəzində təhsil imkanları ilə tanış olub

12:32 | 05.02.2024
Məktəblilər peşə mərkəzində təhsil imkanları ilə tanış olub

Məktəblilər peşə mərkəzində təhsil imkanları ilə tanış olub

Kəlbəcər rayonu 56 saylı tam orta məktəbdə təhsil alan 30 nəfər şagird İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil imkanları ilə tanış olublar. Şagirdlərin ekskursiyası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən "Məcburi köçkün məktəblilər arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində baş tutub. 

Layihə rəhbəri Nizami Əsgərov bildirib ki, ekskursiya zamanı şagirdlərə İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədris olunan ixtisaslarla bağlı məlumat verilib. Həmçinin şagirdlərə layihə çərçivəsində hazırlanan "Peşə təhsilinin üstünlükləri” adlı buklet paylanılıb. Bukletdə Azərbaycanda peşə təhsili müəssisələri, əmək bazarında daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydaları əks olunub. Bukletdə əmək bazarında daha çox ehtiyac duyulan peşələrlə bağlı da məlumat əksini tapıb. 

Peşə seçiminin əhmiyyəti ilə bağlı şagirdlərə məlumat verən təlimçi Gülsarə Həsənova bildirib ki, əmək bazarında mövcud olan ehtiyacları dəyərləndirərək peşə seçənlərin gələcəkdə iş tapmaq şansları daha da artacaq: "Həm də nəzərə almalısız ki, təxminən 3 il sonra əmək bazarına daxil olacaqsınız. Peşə seçərkən bu amillərə də diqqət yetirməlisiniz. Bu gün ziyarət etdiyimiz İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrə 14 ixtisas tədris olunur. Həmin ixtisasların bir çoxu hazırda əmək bazarında ehtiyac olan ixtisaslardır. Bu gün ziyarət etdiyimiz Mərkəzdə Aşpaz, Qənnadçı, şirniyyatçı, Bərbər-vizajist-manikürçü, Dərzi, Reklam işçisi, Əməliyyatçı-mühasib,Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, Sığorta işçisi, Bərbər, Turizm təşkilatçısı, Tədbirlərin təşkilatçısı, Qrafik dizayner, Reklam dizayneri, İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi hazırlanır”. 

Daha sonra şagirdlərin suallarını cavablandıran İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şöbə müdiri Sahibə Qulubəyli Mərkəzdə öyrədilən peşələr, məzunların əmək bazarında tutduqları mövqe ilə bağlı məlumat verib.  

Qarşıdakı günlərdə 30 nəfərlik daha bir qrup İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiyası nəzərdə tutulur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM