“Mələk İnvestorlar Məktəbi”nin təlim sessiyalarına qeydiyyat başlayıb

19:44 | 24.02.2024
“Mələk İnvestorlar Məktəbi”nin təlim sessiyalarına qeydiyyat başlayıb

“Mələk İnvestorlar Məktəbi”nin təlim sessiyalarına qeydiyyat başlayıb

"Technovate-Sabah Mələk İnvestorlar Klubu” Fərid İsmayılzadə tərəfindən təsis edilmiş "Mələk İnvestorlar Məktəbi”nin ikinci mərhələsi üzrə 15-17 may tarixlərində beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlim sessiyalarına erkən qeydiyyatı açıq elan edib.


Mələk İnvestorlar Məktəbinin məqsədi ölkədəki mələk investorların ilk olaraq nəzəri, daha sonra isə onları klub üzvü etməklə praktiki biliklərə yiyələnməsini təmin etməkdir. Proqramdan məzun olmuş iştirakçılar "Technovate-Sabah Mələk İnvestorlar Klubu”na bir illik pulsuz üzvlük haqqı qazanaraq daha çox inkişaf etmiş ölkələr, xüsusilə ABŞ startaplarına investisiya qoymaq imkanı əldə edəcəklər.

 

Sözügedən məktəbdə tədris alan şəxslərə startaplardan ibarət portfel yaratmaq, seçimləri düzgün aparmaq və maksimum uğurlu nəticələr əldə etmək istiqamətində nəzəri biliklər öyrədiləcək. Məktəbdə dərslər ABŞ-dan olan ekspertlər və eləcə də yerli mütəxəssislər tərəfindən ingilis dilində həyata keçiriləcək.

Təlimlərə qeydiyyat müddəti mayın 1-nə qədər nəzərdə tutulub. Martın 31-nə qədər erkən qeydiyyatdan keçən şəxslər 20 faizlik endirim imkanı qazanacaqlar.

 

Məktəb haqqında daha ətraflı məlumatı isə www.angelinvestor.az saytından əldə etmək mümkündür.


Hazırda "Technovate-SABAH Mələk İnvestorlar Klubu”na 124 yerli investor üzvdür və onlardan 109-u "Mələk İnvestorlar Məktəbi”nə qeydiyyatdan keçərək 6-8 dekabr tarixlərində beynəlxalq ekspertlər tərəfindən keçirilmiş təlimlərə cəlb olunaraq mələk investisiya sahəsində nəzəri və praktiki biliklərə yiyələniblər.

 

Layihənin uğurlu icrası və davam etdirilməsi ölkəmizdə startap ekosisteminin innovativ əsaslarla inkişafına, investisiya fəaliyyətinin və biznes mühitinin təkmilləşməsinə töhfələr verir.

 

 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM