Dövlət qulluğuna qəbul imtahanlarında yuxarı vəzifələrə maraq çox deyil, daha çox maraq BB qrupuna daxil olan vəzifələrədir.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar (DİM) Şurasının sədri Məleykə Abbaszadə deyib. O, bildirib ki, dövlət qulluğuna qəbul imtahanlarında kütləvi vəzifələrə maraq daha çoxdur.
"Burada namizədlər üçün qoyulan tələblər daha aşağıdır. İş stajı çox tələb olunmur. Ona görə müəyyən imtahanlarda 1000-1500, müəyyən imtahanlarda 100-150 namizəd iştirak edir. Bu say imtahanın növündən və təqdim olunan vakant yerlərdən asılıdır".
M.Abbaszadə qeyd edib ki, dövlət qulluğuna qəbul üçün hər ay imtahan keçirilir. "Hər ay bu imtahanlardan əvvəl sınaq imtahanları keçirilir. Namizədlərin imkanı var ki, əvvəlcə sınaq imtahanında, daha sonra dövlət qulluğuna qəbul imtahanında iştirak etsinlər. DİM dövlət orqanları tərəfindən təqdim olunmuş bütün vakant yerlər üzrə müsabiqələr elan edir. Dövlət qulluğuna qəbul üçün hər bir vəzifələr üzrə olan tələblər fərqlidir".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !