• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Məleykə Abbaszadədən vacib bəyanat....

Məleykə Abbaszadədən vacib bəyanat....
10.08.2019 16:34
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu ilin I-IV qrupları üzrə ən populyar ixtisasların keçid balını açıqlayıb.


 DİM sədri hər ixtisas üzrə keçid ballarının formalaşmasının müxtəlif parametrlərdən asılı olduğunu deyib.


O bildirib ki, keçid balı imtahanda iştirak edən abituriyent və yerlərin sayının artıb azalması, həmin ilin nəticələri, yəni yüksək və ya aşağı bal toplayanların nəticəsinə görə formalaşır: "Müxtəlif qruplarda nəticələr fərqlidir. Biz deyirdik ki, III qrupda müsabiqə vəziyyəti yüksək olacaq, nəinki II qrupda”.


M.Abbaszadə qeyd edib ki, Azərbaycan bölməsində I qrup üzrə ən populyar ixtisas Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyidir: "Belə ki, bu ixtisasa dövlət sifarişi əsasında ötən il 540-dan çox nəticəsi olanlar qəbul olunmuşdu. Həmin ixtisasın bu ilki keçid balı 522,3 bal olub.


II qrupda Azərbaycan Dövlət İqtisad Universitetində keçən il tədris dili ingilis dilində olan Maliyyə ixtisasına dövlət hesabına 667 balla sonuncu qəbul olubsa, bu il il sonuncu qəbul olan şəxs 643,4 balla həmin ixtisasa qəbul olub.


III qrupda Azərbaycan Dillər Universitetində İngilis dili müəllimi ixtisasına dövlət vəsaiti hesabına sonuncu qəbul olan abituriyent 584 balla keçmişdisə, bu il bu rəqəm 527,4 bal olub. Yaxud həmin ixtisas üzrə ödənişli əsaslarla qəbul 416 bal idisə, bu il 464.6 toplayan abituriyent qəbul olub. Bir faktı da qeyd edim ki, bu il 400-550 arası bal toplayanların sayı artıb.


IV qrupda Azərbaycan Tibb Universitetində illərlə populyarlığını itirməyən Müalicə işi ixtisasına ötən il dövlət hesabına sonuncu abituriyent 662 balla qəbul olmuşdusa, bu il 578.7 balla qəbul olub. Yaxud həmin ixtisas üzrə ödənişli təhsillə bağlı sonuncu qəbul nəticəsi 609 bal idisə, bu il 575,4 bal toplayan abituriyent qəbul ola bilib.


Müqayisələr onu göstərir ki, bu yerlər üzrə sıxlıq yüksəkdir. Yəni bu il 600 baldan yuxarı nəticələr çox deyil və keçid balları aşağı düşüb. Bu nəticələrə subbakalavrların (kollec məzunları) mövcudluğu heç bir təsir göstərməyib”.


Qeyd edək ki, bu il 42 062 nəfər (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol