Məleykə Əsədovaya ağır itki

15:46 | 03.02.2019
Məleykə Əsədovaya ağır itki

Məleykə Əsədovaya ağır itki

Xalq artisti Məleykə Əsədovaya itki üz verib.
Sənətçinin yeznəsi dünyasını dəyişib.
Məleykə Əsədova bu barədə İnstaqram səhifəsində məlumat yayıb.
"Kaş belə olmayaydı, kaş doğmalarımız bizdən ayrılmayaydı. Bu gün mənim üçün çox ağır gündür. Çox sevdiyim qardaşım, qızımın babası, bacımın yoldaşı, evimizin böyüyü Rəcəbimiz 61 yaşında rəhmətə getdi. Söz tapa bilmirəm, özümü çox pis hiss edirəm.
Elmi-tədqiqat Ağciyər İnstitutunun baş həkimi İman Rzayev və reanimasiya şöbəsinin müdiri Fikrət doktor, xəstəxananın kollektivinin göstərdikləri bütün səylərə, əziyyətə baxmayaraq, Rəcəbi ölümün pəncəsindən qurtara bilmədik. Allah onun o dünyaya getmək qismətini bu günə yazib. Gözəl Allahım, qardaşımın o dünyasını rahat et! Anam, atam dünyasını dəyişəndə həmin dəqiqə heç birinin yanında olmadım. Amma bu gün… Mənim ürək dostum, qardaşım mənimlə görüşüb getdi. Hamımızın sonu oradır. Allahın bəxş etdiyi həyatı heç kimə zərər vermədən yaşayaq. Ömür çox qısadır”, – xalq artisti yazıb. (Kult.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM