Azərbaycanda müəllim fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması vacib məsələdir. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində keçirilən dəyirmi masada çıxışı zamanı deyib. Onun sözlərinə görə, müəllim fəaliyyətinin qiymətləndirilməsi bu vaxta kimi pərakəndə şəkildə ayrı-ayrı məktəblərdə aparılıb. Şöbə müdiri qeyd edib ki, ümumilikdə indiyədək bu məsələyə sistemli yanaşma olmayıb. F. Qədirov əlavə edib ki, bu məsələ barədə düşünülməli, konkret və dəqiq addımlar müəyyənləşdirməlidir.Nazirlik rəsmisinin sözlərinə görə, strategiyada idarəetmə məsələlərinə də müəyyən yer verilib. Bunlara məktəb rəhbərlərinin seçimi, onların peşəkarlığının artırılması, onlara bu gün verilən tələblər, yerlərinin dəyişdirilməsi onların peşəkar bacarıqlara malik olması və s. məsələlər daxildir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !