Müəllimlər İnstitutunda sabiq direktor həbs edildi

16:10 | 26.05.2014
Müəllimlər İnstitutunda sabiq direktor həbs edildi

Müəllimlər İnstitutunda sabiq direktor həbs edildi

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru ilə bağlı məlumat yayıb.Məlumatda bildirilir ki, Respublikanın bir sıra rayonlarının təhsil müəssisələrində müəllimlərin saxta diplomlarla işə qəbul edilməsi və digər qanunsuzluqlara yol verilməsi barədə Təhsil Nazirliyindən daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.İlkin istintaq zamanı institutun Qazax filialının sabiq direktoru İsa Veysovun vəzifə səlahiyyətlərinə görə elmi-pedaqoji kadrların hazırlanmasına, onların ixtisaslarının artırılmasına nəzarət etməli və qanunvericiliklə üzərinə qoyulmuş digər vəzifələri yerinə yetirməli olduğu halda qulluq mövqeyindən istifadə edib saxta sənədlər əsasında filiala müsabiqədən kənar 36 şəxsin qəbul edilməsi, onlara saxta tələbə biletlərinin və müvəffəqiyyət kitabçalarının verilməsi, habelə imtahan sessiyalarında iştirak etmədən qiymətlərin yazılması, yekunda saxta diplomların verilməsi və digər qanunsuz xidmətlər müqabilində ümumilikdə 239 min 970 manat məbləğində pul almaqla təhsil sistemini nüfuzdan salan hərəkətləri etməsində və dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda cinayət işi üzrə təhsil müəssisəsində saxta diplomların verilməsi və sadalanan digər cinayət faktları ilə əlaqəsi olan vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM