Müəllimlərin əməkhaqqı sistemində dəyişiklik

17:44 | 14.01.2014
Müəllimlərin əməkhaqqı sistemində dəyişiklik

Müəllimlərin əməkhaqqı sistemində dəyişiklik

Müəllimlərin əməyi yeni sistemə uyğun ödəniləcək.Təhsil Nazirliyinin saytında verilən məlumata görə, Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə ikinci layihənin (TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub.Xidmətin məqsədi müxtəlif beynəlxalq perspektivləri nəzərə almaqla müəllimlər üçün fəaliyyətə əsaslanan əməkhaqqı və mükafatlandırma sisteminin tərtib edilməsindən ibarətdir.Xidmətin icra müddəti 12 aydır.Azərbaycan Təhsil Nazirliyi qeyd olunan xidmətin həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Məsləhətçi təşkilatın xüsusilə təhsil sahəsində beynəlxalq donorlar və yerli hökumət tərəfindən maliyyələşən layihələrdə iş təcrübəsi olmalıdır.

Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.

oxu.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM