Müəllimlərin həftəlik dərs yükü artırıldı

12:30 | 29.12.2013
Müəllimlərin həftəlik dərs yükü artırıldı

Müəllimlərin həftəlik dərs yükü artırıldı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 dekabr tarixli qərarı ilə bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik dərs yükünün maksimal yuxarı həddi 24 saatdan 36 saata qaldırılıb.

Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 nömrəli qərarı ilə müəllimlərin həftəlik dərs yükünün maksimum həddi 24 saat müəyyən edilmişdi. 

Lakin təcrübə göstərir ki, ümumtəhsil məktəblərdə fənlər üzrə həftəlik dərs yükünün 24 saat tələbi gözlənilməklə bölüşdürülməsi nəticəsində əksər hallarda bir stavkayadək dərs yükü vakant qalırdı. Həmin dərs yükünün bir hissəsi əvəzi ödənilmədən fənn müəllimləri tərəfindən tədris edilirdi ki, bu da onların haqlı narazılığına səbəb olurdu. Bir stavkayadək vakant dərs yükünə müəllimlərin işə qəbulu isə məktəblərdə müəllim sıxlığının yaranmasına, müəllim-şagird nisbətinin aşağı düşməsinə gətirib çıxarırdı.

Bu sahədə beynəlxalq təcrübə də göstərir ki, əksər ölkələrdə ümumi təhsil sistemində müəllimlərin həftəlik dərs yükünün yalnız minimum həddi (1 stavka) müəyyənləşdirilir, maksimum həddə isə məhdudiyyət qoyulmur. 

Qeyd edək ki, bir stavka (həftədə 12 saat) dərs yükünə görə ali təhsilli müəllim, stajından asılı olaraq, minimum 155 manat (10-cu ixtisas dərəcəsi ilə) maksimum 207 manat (15-ci ixtisas dərəcəsi ilə) əmək haqqı alır.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM