Müəllimlərin iş yeri azalır

11:15 | 17.05.2014
Müəllimlərin iş yeri azalır

Müəllimlərin iş yeri azalır

Bu il müsabiqəyə çıxarılan vakansiya sayının düşməsi proqnozlaşdırılır

Bu il müəllimlər üçün müsabiqəyə çıxarılacaq vakant yerlərin sayı azalacaq. Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, ötən il Təhsil Nazirliyi tərəfindən 3286 vakant yer müsabiqəyə çıxarılıb.Lakin müəllimlərin həftəlik dərs yükünün yuxarı həddinin 24 saatdan 36 saata qaldırılması ilə əlaqədar cari ildə vakansiyanın sayının aşağı düşməsi proqnozlaşdırılır.Keçən il ən çox vakansiya biologiya fənni üzrə olub. Kimya, coğrafiya, fizika, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə də vakant yerlərin sayı çox olub."Bölgələrdə vakant yerlərin çox olması isə oradakı məktəblərdə azsaatlı vakansiyaların sayının çoxluğu ilə izah oluna bilər. Belə ki, həmin dərslərin tədrisi əmək haqqına cüzi təsir etdiyi üçün müəllimlər tərəfindən bu yerlərə maraq azdır".ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb