Bu gün Xalq şairi Məmməd Arazın anadan olmasından 83 il ötür.
Oxu.Az xəbər verir ki, Məmməd Araz 14 oktyabr 1933-cü ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunu və Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarını bitirib.
Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil, "Ulduz” jurnalında məsul katib, "Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləyib. 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olan şair uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.
Xidmətlərinə görə Azərbaycan Respublikasının "İstiqlal” ordeni (1995), Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib, Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı olub (1992). Onun adına 1993-cü ildən etibarən "Məmməd Araz” ədəbi mükafatı təsis olunub.
Xalq şairi 1 dekabr 2004-cü ildə Bakıda dünyasını dəyişib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !