Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla növbəti görüşümüzün dekabrın əvvəlində Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilməsi planlaşdırılır.
Bunu Report-un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
"Lakin bunla bağlı danışmaq bir qədər tezdir. Görüşün yeri və tarixi dəqiqləşəndən sonra bununla bağlı ictimaiyyətə məlumat verəcəyik”.
"Ermənistanın Xarici İşlər Nazirliyi səviyyəsində olan bütün məsələlərə anında reaksiya veririk. Onların Dağlıq Qarabağ münaqişəsiylə bağlı öz siyasətlərini hansı istiqamətdə yürütdüklərini başa düşmək bir qədər çətindir.
Ümumiyyətlə, deyə bilərəm ki, danışıqlarda bəzi irəliləyişlər var, ancaq bunlar sözdədir. Biz istərdik ki, daha konkret məsələləri müzakirə edək. Əslində, tərəflər arasında konkret danışıqlara keçmək barədə razılıq var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !