Məmmədyarov Karlseni məğlub etdi

21:55 | 14.10.2022
Məmmədyarov Karlseni məğlub etdi

Məmmədyarov Karlseni məğlub etdi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Aimchess Rapid” turnirində mübarizəyə başlayıb 
 
Qrossmeyster ilk görüşdə yarışın təşkilatçısı Maqnus Karlsenlə qarşılaşıb.
 
Məmmədyarov 45-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.
 
Bu gün ümumilikdə 4 oyun keçirəcək şahmatçımızın növbəti rəqibləri polşalı Yan Kşiştof-Duda, niderlandlı Aniş Qiri və kanadalı Erik Hansen olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM