Məmmədyarov Qarabağın həlli şərtini açıqladı

23:15 | 29.06.2015
Məmmədyarov Qarabağın həlli şərtini açıqladı

Məmmədyarov Qarabağın həlli şərtini açıqladı


XİN rəhbəri: "İşğalçı qüvvələr qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmalıdır"

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Lixtenşteyn Knyazlığı parlamentinin sədri Albert Frik ilə görüşüb

XİN-nin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, nazir Elmar Məmmədyarov bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edərək, Azərbaycan ilə Lixtenşteyn arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli zəminin olduğunu nəzərə çatdırıb.

Albert Frik Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkilinə və möhtəşəm açılış və bağlanış mərasimlərinə görə Azərbaycanı təbrik edib. Avropa Oyunlarının bütün iştirakçılarına, o cümlədən Lixtenşteyndən olan idmançılara yaradılmış yüksək şəraitə görə təşəkkürünü ifadə edən Albert Frik Azərbaycanda dinamik inkişafın, sabitliyin və qonaqpərvərliyin şahidi olduğunu nəzərə çatdırıb.

E.Məmmədyarov Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi münasibətilə hər bir Azərbaycan vətəndaşının qürur hissi duyduğunu qeyd edərək, Avropa Oyunları standartlarının Azərbaycanda müəyyən olunduğunu deyib.

Azərbaycanın enerji siyasəti və nəqliyyat, turizm, kənd-təsərrüfatı kimi qeyri-neft sektorlarının inkişafı barədə məlumat verən XİN rəhbəri iki ölkənin işgüzar dairələri arasında biznes forumlarının keçirilməsi və ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə haqqında danışan E.Məmmədyarov BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnaməsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bir daha təsbit olunduğunu və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının tələb olunduğunu diqqətə çatdırıb. O söyləyib ki, məhz Ermənistanın yürütdüyü təcavüzkar və işğalçı siyasət nəticəsində region üçün təhdid olan münaqişənin həllində irəliləyişə nail olunmur. 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM