Məmmədyarovdan 1 qələbə, 4 heç-heçə

11:03 | 29.08.2021
Məmmədyarovdan 1 qələbə, 4 heç-heçə

Məmmədyarovdan 1 qələbə, 4 heç-heçə

Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - "Aimchess USRapid” turnirinin ilk 5 turunun oyunları keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ilk turda fransalı Maksim Vaşe-Laqravla heç-heçə edib. Ikinci turda amerikalı Leyner Dominqesə qalib gələn şahmatçımızın polşalı Yan Kşiştov Duda, rusiyalı Vladislav Artemiyev və niderlandlı Aniş Giri ilə sonrakı 3 qarşılaşması da heç-heçə ilə nəticələnib.

Şəhriyar Məmmədyarov 5 turun nəticəsinə görə 3 xalla 5-ci pillədədir.

Ümumilikdə 16 şahmatçının iştirak etdiyi turnir sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM